Tramp FED rəhbərini məhkəməyə verir

Tramp FED rəhbərini məhkəməyə verir
12 Avq 2025 18:46

ABŞ prezidenti Donald Tramp Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pauelə qarşı məhkəməyə müraciət etməyi düşünür.

News365.az xəbər verir ki, bu barədə Tramp "Truth" sosial şəbəkəsində yazıb.

"Mən Federal Ehtiyat binalarının tikintisini idarə edən qorxunc və olduqca qeyri-peşəkar işə görə Pauelə qarşı böyük iddia qaldırmağı düşünürəm", -deyə Tramp qeyd edib. 

O qeyd edib ki, Pauel 50 milyon dollarlıq işə 1 milyard dollar xərcləməyi bacarıb.


Sizin reklam burada
Sizin reklam burada