Şamaxıda qəza zamanı maşın aşıb, 1 nəfər ölüb

Şamaxıda qəza zamanı maşın aşıb, 1 nəfər ölüb
13 Avq 2025 19:15

Şamaxıda ağır avtomobili qəzası baş verib.

News365.az xəbər verir ki, bu gün günorta saatlarında Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə, nəqliyyat vasitəsində olan sərnişin, 23 yaşlı Leyla Qasımova aldığı xəsarətlərdən ölüb, eləcə də, 3-ü azyaşlı olmaqla, 5 nəfər xəsarət alıb.



Sizin reklam burada
Sizin reklam burada