FED-in növbəti rəhbəri vəzifəsinə namizədlərin siyahısı azaldılıb

FED-in növbəti rəhbəri vəzifəsinə namizədlərin siyahısı azaldılıb
13 Avq 2025 22:45

Federal Ehtiyat Sisteminin (FED) növbəti sədri vəzifəsinə namizədlərin siyahısı azaldılıb.

News365.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Bundan əvvəl CNBC məlumat vermişdi ki, ABŞ administrasiyası Amerika Mərkəzi Bankının rəhbəri vəzifəsinə ümumilikdə 11 namizədi nəzərdən keçirir.

Federal Ehtiyat Sisteminin hazırkı rəhbəri Cerom Pauelin səlahiyyətləri 2026-cı ilin mayında başa çatır. KİV-də yazıb ki, Pauelin yürütdüyü siyasətdən narazı qalan Tramp hələ sentyabr-oktyabr aylarında, hətta bu ilin yayında öz varisinin adını çəkməyi düşünür. Bu, olduqca tezdir, çünki FED-in gələcək rəhbəri adətən əvvəlkinin səlahiyyətlərinin bitməsinə üç-dörd ay qalmış elan edilir.

Tramp çərşənbə günü jurnalistlərə bildirib ki, o, yeni FED rəhbərini həmişəkindən bir az tez açıqlayacaq. O, FED-in faiz dərəcəsinin indikindən 3-4 faiz bənd aşağı olmasını düşünür. FED ötən ilin dekabrından bu yana uçot dərəcəsini 4,25-4,5 faiz aralığında saxlayıb.


Sizin reklam burada
Sizin reklam burada