Qətər Xarici İşlər Nazirliyi (XİN) İsrail Baş naziri Binyamin Netanyahunun "Böyük İsrail" vizyonu ilə bağlı bəyanatlarını pisləyib.
News365.az bu barədə "Al Jazeera"yə istinadən xəbər verir.
Qətər XİN İsraili beynəlxalq hüququ pozmaqda günahlandırıb.
Nazirliyin bəyanatında qeyd olunub ki, belə şərhlər regionda daha çox zorakılıq və xaos riski yaradır.
XİN hərtərəfli və davamlı sülhə dəstəyini bir daha təsdiqləyib.