Suriyanın cənubundakı Suveyda şəhərində druz və bədəvi silahlı qruplar arasında baş verən silahlı qarşıdurmalarda ölənlərin sayı artıb.
News365.az xəbər verir ki, ötən bazar günü başlayan toqquşmalarda druz qruplarından 21 mülki şəxs, 18 bədəvi, 93 təhlükəsizlik qüvvələrinin üzvü olmaqla ümumilikdə 203 nəfər həyatını itirib.
Qarşıdurmaların səbəbləri hələlik tam olaraq aydın olmasa da, bölgədəki etnik və dini gərginliklərin artırıldığı bildirilir.