“Tramp zəng edəndə yatmışdım” - BBC-nin müxbiri

“Tramp zəng edəndə yatmışdım” - BBC-nin müxbiri
10:07

BBC-nin müxbiri Qari O`Donohyu ABŞ Prezidenti Donald Trampın ona telefon vasitəsilə verdiyi müsahibədən bəhs edib.

News365.az-ın məlumatına görə, müxbir etiraf edib ki, iyulun 14-ü axşam ona Ağ Evdən zəng gələndə yatırdı:

“Düzünü deyim ki, Ağ Evdən zəng gələndə yatmışdım. Telefon danışığının baş tutacağından ümidimi kəsmişdim. Çünki zəng ediləcəyi deyilsə də, bu baş vermədi. Sonra yorulduğum üçün yatmağa uzandım. Lakin sonra zəng gəldi. 

Telefonu götürdüm və yuxulu halda salam verdim. Birdən Prezident Trampın mətbuat katibi Kerolayn Levittin şən səsi gəldi: “Salam, Qari, prezident yanımdadır, telefonu ona verirəm”. İş otağıma qaçdım, səsin qeydə alınması üçün rəqəmsal cihazı götürməyə çalışdım, xətt kəsildi. Amma yenidən əlaqə saxladılar”.

Müxbir qeyd edib ki, müsahibə 20 dəqiqə davam edib.


Sizin reklam burada
Sizin reklam burada