Avqustun 11-də Xocalı rayon Malıbəyli kəndi ərazisindəki sökülmüş mərmər zavodunda yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan News365.az-a bildirilib ki, araşdırmalarla yanğının 1998-ci il təvəllüdlü Ərşad Qasımovun həmin ərazidə qaynaq işləri aparan zaman ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.
Ə. Qasımov polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.