Alyaska sahillərində 5,7 maqnitudalı daha bir zəlzələ olub

Alyaska sahillərində 5,7 maqnitudalı daha bir zəlzələ olub
17 İyl 2025 09:50

Alyaska sahilləri yaxınlığında 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.

News365.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri Sand-Poynt yaşayış məntəqəsindən 94 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 35 km dərinlikdə olub.

Xəsarət alanlar, dağıntılar və sunami təhlükəsi barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, bundan əvvəl Alyaska sahillərində 7,2 maqnitudalı zəlzələ qeydə alınmışdı.


Sizin reklam burada
Sizin reklam burada