Netanyahudan Baş Qərargah rəisinə sərt xəbərdarlıq

Netanyahudan Baş Qərargah rəisinə sərt xəbərdarlıq
12:41

İsrailin Baş naziri Benyamin Netanyahu Baş Qərargah rəisi Eyal Zamirə Qəzzanın tam işğal planı ilə razılaşmasa, istefa verməli olduğunu bildirib.

News365.az xəbər verir ki, “Jerusalem Post”a danışan Baş nazirlik rəsmisi Netanyahunun Qəzza zolağının tam işğalı barədə qərar verdiyini açıqlayıb.

Bildirilib ki, bu qərara uyğun olaraq qurudan hücumlar planlaşdırılır və israilli girovların olduğu iddia edilən bölgələr hədəf seçilib.

Məlumata görə, Zamir Qəzzanın tam işğalına qarşı mövqe sərgiləyib. Netanyahu isə bu narazılığa qarşı sərt mövqe nümayiş etdirib.


Sizin reklam burada
Sizin reklam burada