ABŞ Prezidenti: Putin mənimlə oynaya bilməz

ABŞ Prezidenti: Putin mənimlə oynaya bilməz
14 Avq 2025 23:15

“Düşünürəm ki, mən prezident olmasaydım, o,(Rusiya Prezidenti Vladimir Putin – Qeyd) bütün Ukraynanı ələ keçirərdi, bu, heç vaxt baş verməməli olan müharibədir. Amma mən prezidentəm və o, mənimlə oynaya bilməz”.

News365.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Tramp əlavə edib ki, onunla Rusiya lideri arasında görüş uğursuz olarsa, çox tez başa çatacaq: “Əgər bu, uğurlu görüş olarsa, yaxın gələcəkdə sülhə nail olacağıq”.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi gözlənilən olub:

“Mənim rəhbərliyimdə belə olmayıb və dörd il ərzində heç müzakirə olunmayıb. Münaqişənin yaxınlaşdığını görürdüm, gedəndən sonra nə olduğunu gördüm. Hamı günahkardır, Putin günahkardır, hamısı günahkardır”.


Sizin reklam burada
Sizin reklam burada