Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Ruzbeh Məmməd hədələnir.
News365.az xəbər verir kİ. bu barədə o, sosial şəbəkədə payıaşım edib.
Onun sözlərinə görə, instaqram istifadəçisi, özünü "Hulya tv"nin "rəhbəri" kimi təqdim edən bir şəxs klinika haqqında şantaj videoları paylaşdığı üçün ona irad bildirb:
"Dünən zəng və votsapdan təhqiredici sözlər səsləndirib. Mən də onun səviyyəsinə enmədiyim üçün 102-yə bildirmişəm. Amma ölçü götürülmədiyi üçün bu gün iş yerimə basqın edib, məni tapıb cəzalandıracağını bildirib. Belə adamlar bu qədər niyə azad olmalı və polisə bildirilirsə niyə ölçü götürülmür? DİN-i günahlamdırmıram, belə "ağıllı" adamlar çoxdur, bilirəm məşğul edirlər".