İsrailin maliyyə naziri Bezalel Smotriç İordan çayının qərb sahilində yeni qəsəbələrin inşasını təsdiqləyib. Layihə çərçivəsində Maale Adumim və Qüds yaşayış məntəqələri birləşdirilərək İsrailin Şərqi Qüds ətrafındakı sahəsi genişləndiriləcək.
News365.az xəbər verir ki, maliyyə naziri bildirib ki, Maale Adumimdə 3 401 yeni yaşayış binası, qonşu ərazidə isə əlavə 3 515 mənzil tikiləcək.
Beynəlxalq ictimaiyyət bu təşəbbüsü sülh prosesinə və Fələstin dövlətinin yaradılmasına ciddi əngəl kimi qiymətləndirir.
News365.az