Qazaxda açıq ərazidə yanğın başlayıb, helikopterlər cəlb olunub

Qazaxda açıq ərazidə yanğın başlayıb, helikopterlər cəlb olunub
19:45

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonunun Bala Cəfərli və Xanlıqlar kəndlərində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

News365.az FHN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin helikopterləri cəlb olunub.

Həyata keçirilən tədbirlər sayəsində Bala Cəfərli kəndindəki yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. Yanğın nəticəsində təxminən 50ha sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı tikililər və meşə ərazisi yanğından mühafizə edilib.

Xanlıqlar kəndi istiqamətindəki yanğınla mübarizə tədbirləri davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada