"Həkim olmaq istəyən 40 mini haradan tapsın?"- Həkimdən ETİRAZ

"Həkim olmaq istəyən 40 mini haradan tapsın?"- Həkimdən ETİRAZ
16:43

Xəbər verdiyimiz 2025–2026-cı tədris ili üçün Azərbaycan Tibb Universitetində “Tibb” ixtisasının illik təhsil haqqı 2000 manat artırılıb.

Ötən il bu ixtisas üzrə ödəniş 4500 manat olduğu halda, bu il məbləğ 6500 manata yüksəlib.

Bununla belə, “Tibb” ixtisası üzrə plan yerlərinin sayı dəyişməyib. Ötən il olduğu kimi bu il də 520 yer ayrılıb.

Həmçinin Stomatologiya ixtisasının da məbləği eyni miqdarda artıb.

Tibb Universitetinin "Tibb" fakültəsində təhsil haqqı 2000 man artırılaraq 6500 manat olub.

Mövzu ilə bağlı News365.az -a danışan pediatr Vaqif Qarayev deyib ki, belə çıxır ki, bundan sonra həkim olmaq istəyən 6 il ərzində 39 min manat ödəməlidir:

“Digər xərcləri də nəzərə alsaq, diplom ortalama 80-100 min manata başa gələcək. Ödənişsiz oxumaq istəyənlər 650+ bal toplamalıdır. Hər il belə olur. Amma bir məsələ var ki, ödənişlə oxuyanların əksəriyyəti zəngin ailələrdən olmur. Ona görə valideynlər bu qədər xərci qarşılamaq üçün xeyli əziyyət çəkəcəklər.İndi gözləyək. Təhsil haqqı artırılandan sonra təhsilin keyfiyyətində fərq olacaqmı, yoxsa imkanı olan yenə diplomu götürüb xarıcə qaçacaq?!”

News365.az


Sizin reklam burada
Sizin reklam burada