Rusiya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə qəzaya uğrayıb.
News365.az xəbər verir ki, Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-30SM qırıcı təyyarəsinin qəzaya uğradığını açıqlayıb.
Hadisə İlan adasının cənub-şərq istiqamətində tapşırıq icrası zamanı baş verib. Qəzaya səbəb hələ müəyyənləşdirilməyib.
Təyyarənin qalıqları dənizdə aşkar olunub, lakin pilotlar barədə məlumat yoxdur və onların axtarışları davam edir.