Rəqsanənin qızı: “Aygün Kazımova bu mahnı üçün anamdan icazə alıb” - VİDEO

Rəqsanənin qızı: “Aygün Kazımova bu mahnı üçün anamdan icazə alıb” - VİDEO
14 Avq 2025 22:48

Müğənni Rəqsanə İsmayılovanın qızı Yağmurun paylaşımı müzakirə yaradıb.

News365.az xəbər verir ki, Yağmur Xalq artisti Aygün Kazımovanın ifasında tanınan “Hardasan?” mahnısının ilk ifaçısının anası olduğunu bildirib:

“Aygün xanım mahnını anamdan icazə alıb ifa edib. Hər iki versiya da gözəldir”.

İstifadəçilər isə Kazımovanın ifasında mahnının hitə çevrildiyini yazıb.

Onlar Yağmurun bu məsələni gündəmə gətirməsinə irad bildiriblər.



Sizin reklam burada
Sizin reklam burada