Açıq-saçıq fotolar paylaşan müəllimə işdən qovuldu - FOTOLAR+VİDEO

Açıq-saçıq fotolar paylaşan müəllimə işdən qovuldu - FOTOLAR+VİDEO
30 İyn 2025 12:27

Şotlandiyada maraqlı hadisə baş verib.

BBC xəbər verir ki, Şotlandiyanın Koatbric şəhərindən olan fizika müəllimi Kirsti Byukenin işdən qovulması müzakirələrə səbəb olub. Belə ki, bir neçə gün öncə şagirdlər tərəfindən onun açıq-saçıq, cinsi məzmunlu OnlyFans profili aşkarlanıb. 


Byuken "Jessica Jackrabbit" şərti ad və familiyalı şərti profildə açıq-saçıq fotolar yerləşdirərək özünü "pis yola düşmüş seksual bədən quruluşlu yaxşı müəllim" kimi təqdim edib. O, özünün pullu profilini İnstaqram səhifəsində də reklam edib. Bu amil isə onun tələbələr tərəfindən ifşa olunmasına səbəb olub.

Şotlandiyanın Ümumi Tədris Şurası (GTCS) müəllimənin OnlyFans-da şəxsiyyətini və peşəkar mənsubiyyətini lazımi qaydada gizlətməməklə, tədris etikasını ciddi şəkildə pozduğunu müəyyən edib. GTCS sözçüsü Qari Burton qadının "peşəsindən reklam vasitəsi kimi istifadə etdiyini" və sonrakı müsahibələrində belə bununla öyündüyünü söyləyib.


Tural


Sizin reklam burada
Sizin reklam burada