Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubovun tutduğu vəzifədən azad edildihyi barədə məlumat yayılıb.
News365.az xəbər verir ki, xəbəri ilk olaraq Gününsəsi.info yayıb. Məlumata görə, o, Prezident Katibliyinin rəisi təyin olunub.
"Unikal"-ın məlumatına görə, Prezidentin Təhlükəsizlik Xidmətinə Fərid Əsgərov rəis təyin edilib.
F.Əsgərov bu təyinatadək Prezidentin Təhlükəsizlik Xidməti rəisinin müavini idi.