Saatlıda yeniyetmə əmisinə xəsarət yetirib

Saatlıda yeniyetmə əmisinə xəsarət yetirib
30 İyn 2025 19:15

Saatlı sakini əmisinə xəsarət yetirib.

News365.az xəbər verir ki, hadisə Saatlı rayonunun Mustafabəyli kəndində qeydə alınıb.

Kənd sakini 16 yaşlı A.S. əmisinə - 1963-cü il təvəllüdlü Səttar Ağayevə şüşə ilə xəsarət yetirib. S. Ağayev Şirvan xəstəxanasına yerləşdirilib.

Hadisənin su üstündə yaranan mübahisəyə görə baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 


Sizin reklam burada
Sizin reklam burada