Bakıda ticarət mərkəzindən oğurluq edilib

Bakıda ticarət mərkəzindən oğurluq edilib
30 İyn 2025 14:48

Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən ticarət mərkələrinin birindən 1300 manat dəyərində qol saatı oğurlanıb.

News365.az DİN-ə istinadən xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə daxil olmuş məlumat əsasında keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər də oğurluğa görə məhkum olunmuş 47 yaşlı A.Qarayev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada