MİQ imtahanının şərtləri açıqlanıb

MİQ imtahanının şərtləri açıqlanıb
19:30

Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanı ümumilikdə 100 ballıq sistemlə hesablanacaq.

İnsan Resursları Mərkəzindən News365.az-a verilən məlumata görə, ixtisas üzrə suallar 2 bal (40 sual), tədris metodikası üzrə suallar isə 1 bal (20 sual) ilə qiymətləndiriləcək.

 Bildirilib ki, ixtisas üzrə suallarda 1 səhv 0.5 bal, tədris metodikası üzrə suallarda 1 səhv cavab isə 0.25 bal şəklində hesablanacaq.

 Qeyd edək ki, test imtahanı üzrə ümumitəhsil proqramı üzrə 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, 40 bal və daha artıq yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır.


Sizin reklam burada
Sizin reklam burada