DİN “Sputnik Azərbaycan"da qanunsuz maliyyələşmə ilə bağlı araşdırmalara başlayıb

DİN “Sputnik Azərbaycan"da qanunsuz maliyyələşmə ilə bağlı araşdırmalara başlayıb
30 İyn 2025 18:01

“Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında DİN araşdırmalara başlayıb.

Bu barədə News365.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, iyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var.

Əlavə məlumat veriləcək.


Sizin reklam burada
Sizin reklam burada