2025-ci ildə Almaniya Ukraynaya 9 milyard avrodan çox vəsait ayıracaq.
News365.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birgə brifinqdə bildirib.
"2025-ci ildə Almaniya Ukraynaya 9 milyard avrodan çox vəsait ayıracaq, bunun 2 milyard avrosu hava hücumundan müdafiə, raket və sursata xərclənəcək", - nazir qeyd edib.