Fələstin dövlətinin yaradılması qəbuledilməzdir - İsrail

Fələstin dövlətinin yaradılması qəbuledilməzdir - İsrail
17:15


"Fələstinin yaradılması İsrailin təhlükəsizliyini təhdid edəcək".

News365.az "Reuters"ə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Gideon Saar deyib.

"Biz inanırıq ki, Fələstin dövləti İsrail dövlətinin təhlükəsizliyini təhdid edəcək", - XİN rəhbəri bildirib.

Qeyd edək ki, ötən il Norveç, İrlandiya və İspaniya Fələstini tanımaq qərarını açıqlamışdı. Aprelin 16-da Polşanın xarici işlər naziri Radoslav Sikorski Varşavanın Fələstin dövlətini rəsmən tanıdığını bəyan edib. Fransa prezidenti Emmanuel Makron isə bildirib ki, Paris bu ilin yayında Fələstini dövlət kimi tanıya bilər.



Sizin reklam burada
Sizin reklam burada