Ata və qızı imtahanda yüksək bal toplayıb

Ata və qızı imtahanda yüksək bal toplayıb
26 İyn 2025 20:45

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində iştirak edən ata və qızı yüksək nəticə əldə edib.

News365.az xəbər verir ki, fizika fənnini tədris edən Siyasət İsayev imtahandan 57 bal toplayıb.

O, Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksində və R.Mikayılov adına Bəydili kənd tam orta məktəbində çalışır.

S. İsayevin övladı Ulduzə İsayeva da fizika fənni üzrə 55 bal toplayıb. U.İsayeva isə Biləsuvar rayonu M.Piriyev adına tam orta məktəbində çalışır.

Bildirək ki, sözügedən şəxslər eyni mərkəzdə imtahan verib.


Sizin reklam burada
Sizin reklam burada