Almaniyanın xarici işlər naziri Yohann Vadeful Rusiya Prezidenti Vladimir Putinin Qərbin Ukraynaya dəstəyinin zəifləyəcəyinə ümid etdiyini bildirib.
“Putin düşünür ki, diqqət azalacaq, başqa böhranlara yönələcək – son həftələr bunu açıq göstərdi. Amma tam məsuliyyətlə deyirəm: nə Almaniyada, nə də Almaniyanın tərəfdaşları tərəfindən buna yol verilməyəcək,” – deyə nazir vurğulayıb.
News365.az-ın məlumatına görə o əlavə edib ki, Almaniya Ukraynaya yardımı davam etdirəcək və 2025-ci ildə ümumilikdə 9 milyard avrodan çox dəstək ayıracaq. Bu məbləğin 2 milyard avrosu hava hücumundan müdafiə sistemlərinə, raketlərə və sursatayönəldiləcək.