Kiyev Krımda rus helikopterlərinin vurulmasını təsdiqlədi - FOTO

Kiyev Krımda rus helikopterlərinin vurulmasını təsdiqlədi - FOTO
30 İyn 2025 12:09

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı iyunun 28-nə keçən gecə Ukrayna xüsusi xidmət orqanlarının Krımda keçirdiyi xüsusi əməliyyat nəticəsində işğalçıların üç helikopter itirilməsini təsdiqləyib.


Baş Qərargahın düşmənin döyüş itkiləri ilə bağlı dərc etdiyi əməliyyat məlumatında həmçinin digər detallar da açıqlanıb: “24.02.22-dən 30.06.25-dək düşmənin ümumi helikopter itkisi 340-a çatıb(+3)”.


O da bildirilir ki, rusların məhv edilən hava hücumundan müdafiə sistemlərinin sayı 1 ədəd artaraq 1190-a çatıb. Eyni zamanda hesabatda bildirilir ki, ümumilikdə, son 24 saat ərzində ruslar 1070 nəfər itki veriblər.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada