Qəzzada ölənlərin sayı artıb.
News365.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, müharibə başlayandan bəri İsrailin hərbi hücumları nəticəsində ən azı 56 531 nəfər həlak olub,133 642 nəfər isə yaralanıb.
Qeyd olunub ki, martın 18-də İsrail HƏMAS ilə razılaşdırılmış atəşkəsi pozandan bəri ən azı 6203 fələstinli ölüb, 21601-dən çoxu yaralanıb.