“The Wall Street Journal” Ukrayna hərbçilərinə istinadən diqqət çəkən məlumat yayıb. Nəşr yazır ki, Rusiya qoşunları artıq Sumi şəhərindən cəmi 20 kilometr aralıdadır və bu ərazidə 50 minə qədər əsgər cəmləşib.
Qəzet yazır ki, Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrini təxminən üç dəfə üstələyir.
Məqalədə deyilir: "Bölgədə 50.000 əsgər var, orada döyüşən əsgərlərə görə hesablasaq, onların sayı ukraynalılardan təxminən üç dəfə çoxdur".
Ukrayna Silahlı Qüvvələrinin komandirlərindən birinin sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin sayı onlar üçün bir nömrəli böyük problem sayılır. Bundan əlavə, ukraynalı hərbçilər Sumı vilayətinin əldə saxlanması olaraq böyük itkilərə səbəb olacaq.
"Ukrayna altı ay ərzində Rusiyanın Kursk vilayətində əraziləri zəbt edərək müvəqqəti olaraq bura sahib olmuşdu. Orada döyüşən əsgərlər hərbçilərin arxada-sərhədin Ukrayna tərəfində güclü müdafiə mövqeləri hazırlayacağını güman edirdilər.Bunun əvəzinə, Kurskdan xaotik və Kiyevə baha başa gələn geri çəkilmə oldu. Bundan sonra dronlardan qorunmayan köhnəlmiş səngərlər tapıldı. Bəzi hallarda indi də əsgərlər pilotsuz təyyarələrin atəşi altında öz mövqelərində səngərlər qazırlar",- nəşr müdafiə və digər hərbi problemlərdən də yazıb.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural