Moskvanın Plexanov küçəsində baş verən partlayışın görüntüləri yayılıb.
News365.az xəbər verir ki, hadisə anı müşahidə kamerası tərəfindən qeydə alınıb və “Shot” Telegram kanalı vasitəsilə ictimaiyyətə təqdim olunub.
İnsidentin iyunun 30-da baş verdiyi müəyyənləşdirilib. Kadrlarda binanın giriş hissəsindən güclü alovun püskürdüyü, partlayış dalğasının yaxınlıqdakı avtomobili zədələdiyi aydın görünür. Yanğın qısa müddətdə nəzarət altına alınıb, xəsarət alan yoxdur.
İlkin ehtimala əsasən, partlayışa avtomobil səbəb olub. Lakin bəzi mənbələr hadisənin səbəbi kimi dizel generatorunun partlamasını göstərir. İnsidentlə bağlı araşdırma aparılır.