Rusiyada məktəblilər Qələbə parkında Ukrayna himnini oxudular - VİDEO

Rusiyada məktəblilər Qələbə parkında Ukrayna himnini oxudular - VİDEO
30 İyn 2025 12:00

Rusiyada maraqlı hadisə baş verib. Tolyattidə yeniyetmələr Qələbə parkında Ukrayna himnini oxuyublar. Video “VKontakte” sosial şəbəkəsindəki “Tolyatti hadisələri” qrupunda paylaşılıb.


Kadrlarda bir qrup gənc oğlan və qadının gülərək Ukrayna dilində mahnı oxuması əks olunub.


Sonradan məlum olub ki, oxunan himndir və bu qalmaqallı hadisə ilə hüquq-mühafizə orqanları məşğul olmağa başlayıblar.


"Hazırda polis əməkdaşları hadisənin bütün detallarının müəyyənləşdirilməsi istiqamətində tədbirlər həyata keçirirlər. Polis tərəfindən toplanmış materiallar əsasında qanunvericiliyə uyğun qərar veriləcək", - deyə regional Daxili İşlər Nazirliyindən bildirilib.


Tural


Sizin reklam burada
Sizin reklam burada