Avtomobil körpüdən aşaraq yanıb, xəsarət alan var

Avtomobil körpüdən aşaraq yanıb, xəsarət alan var
10 Avq 2025 23:46

İsmayıllıda avtomobil körpüdən aşaraq yanıb.

Hadisə Göyçay çayının rayonun Qalacıq kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsi körpüdə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil körpüdən aşıb və yanmağa başlayıb.

Hadisə zamanı avtomobildə olan 3 nəfər ağır xəsarətlər alıb. Əraziyə FHN-nin əməkdaşları cəlb olunub və yanğın söndürülüb.

Yaralılar avtomobildən çıxarılaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Fakt araşdırılır.


Sizin reklam burada
Sizin reklam burada