Türkiyədə Vaşinqton görüşündə əldə olunan razılaşmalar MÜZAKİRƏ EDİLƏCƏK

Türkiyədə Vaşinqton görüşündə əldə olunan razılaşmalar MÜZAKİRƏ EDİLƏCƏK
10 Avq 2025 18:21

Avqustun 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

News365.az xəbər verir ki, iclasda avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən tarixi görüşdə əldə olunan razılaşmalar və sülh istiqamətində atıla biləcək növbəti addımlar müzakirə olunacaq.

Həmçinin Yaxın Şərq, o cümlədən Qəzzadakı son durum barədə də fikir mübadiləsi aparılacaq.

Hökumətin iclasında, eyni zamanda, terrorla və meşə yanğınları ilə mübarizə də gündəlikdə olacaq.


Sizin reklam burada
Sizin reklam burada