Zəlzələdə, dağıntılar altından bir neçə nəfər çıxarılıb - YENİLƏNDİ

Zəlzələdə, dağıntılar altından bir neçə nəfər çıxarılıb - YENİLƏNDİ
10 Avq 2025 23:40


Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda qeydə alınan 6,1 maqnitudalı zəlzələ nəticəsində dağılan binanın qalıqları arasında daha bir nəfər xilas edilib.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”dəki səhifəsində bildirib.

O, vurğulayıb ki, dağıntılar altında qalan daha 1 nəfərin xilas edilməsi tədbirləri davam etdirilir.

Nazir daha əvvəl dağıntılar altından 3 nəfər çıxarıldığılnı, daha 2 nəfərin xilas olunması ilə bağlı əməliyyatın davam etdiyini xəbər verib.

Qeyd edək ki, zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.

Yerli mətbuatın məlumatına görə, Manisa şəhərində də ard-arda iki dəfə zəlzələ olub. Təbiət hadisələri 4.6 və 4.3 maqnitudada qeydə alınıb.

***

Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda qeydə alınan 6,1 maqnitudalı zəlzələ nəticəsində bir bina dağılıb. Dağıntılar altından 2 nəfər çıxarılıb, daha 2 nəfərin xilas olunması ilə bağlı əməliyyat davam edir.

News365.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”dəki səhifəsində bildirib.

O, qeyd edib ki, hazırda jandarm əməkdaşları tərəfindən xilasetmə işləri davam etdirilir.

Nazir daha əvvəl də Sındırgı rayonunda dağılan binanın altından bir nəfərin çıxarıldığını qeyd edib.

Qeyd edək ki, zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.

Yerli mətbuatın məlumatına görə, Manisa şəhərində də ard-arda iki dəfə zəlzələ olub. Təbiət hadisələri 4.6 və 4.3 maqnitudada qeydə alınıb.


Sizin reklam burada
Sizin reklam burada