Pezeşkian: Bu halda Zəngəzur dəhlizinin əleyhinə deyilik - AÇIQLADI

Pezeşkian: Bu halda Zəngəzur dəhlizinin əleyhinə deyilik - AÇIQLADI
10 Avq 2025 22:16

İran Zəngəzur dəhlizinin reallaşmasını region dövlətlərinin ərazi bütövlüyünü pozulmadığı təqdirdə dəstəkləyir.

News365.az IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.

Onun sözlərinə görə, bu marşrutla bağlı İslam Respublikasının tələbləri nəzərə alınıb.

"Marşrut mövcud sərhədləri qoruyur, nəqliyyat əlaqəsini təmin edir və Avropa və şimala tranzitə mane olmur", - Pezeşkian vurğulayıb.

Eyni zamanda, İran Prezidenti tikintidə Amerika və Ermənistan şirkətlərinin iştirakından narahatlığını bildirib.


Sizin reklam burada
Sizin reklam burada