Rusiyanın Ukraynanın Zaporojye vilayətinə hücumu nəticəsində 19 nəfər yaralanıb.
Bu barədə Zaporojye vilayəti Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov teleqram kanalında bildirib.
"Rusiyanın Zaporojyeyə hücumu nəticəsində artıq 19 nəfər yaralanıb. Həkimlər zərərçəkənlərə bütün lazımi yardımı göstərirlər", - Fedorov yazıb. “Ətrafların, başın, qarın boşluğunun çoxsaylı mina və partlayış xəsarətlərini düşmən avtovağzala zərbəsi endirən zaman orada olan insanlar alıb”, - o qeyd edib.
O, həmçinin 7 yaşayış binasına və qeyri-yaşayış sahələrinə ziyan dəydiyini bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hücumuna cavab verərək bildirib ki, Rusiya Federasiyasından heç bir müddət və ya gözlənti işləmir.
"Ona görə də sanksiyalar lazımdır, təzyiq lazımdır. Güc lazımdır - ilk növbədə ABŞ-nin gücü, Avropanın gücü, beynəlxalq münasibətlərdə sülh və əmin-amanlıq istəyən bütün dünya dövlətlərinin gücü. Əgər Rusiya müharibəni dayandırmaq istəmirsə, o zaman onun iqtisadiyyatı dayandırılmalıdır", - o, teleqramda videomüraciətində vurğulayıb.
Qeyd edək ki, avqustun 10-da axşam saatlarında Rusiya qüvvələri Zaporojyenin Mərkəzi Avtovağzalına zərbələr endirib, hücum nəticəsində bina tamamilə yararsız hala düşüb.