Azərbaycan təbii qazı Türkiyə-Suriya boru xətti ilə Homs vilayətinə çatıb

Azərbaycan təbii qazı Türkiyə-Suriya boru xətti ilə Homs vilayətinə çatıb
09 Avq 2025 22:15

Azərbaycandan təbii qaz Türkiyə-Suriya təbii qaz boru xətti vasitəsilə Suriyanın Homs vilayətinə çatıb.

News365.az xəbər verir ki, Türkiyə-Suriya Təbii Qaz Boru Kəməri ilə nəql edilən təbii qaz ölkənin mərkəzində yerləşən Homs vilayətindəki Cender Qaz Stansiyasına çatdırılıb.

Növbəti mərhələdə qazın Cender stansiyasından paytaxt Dəməşq yaxınlığındakı Nasiriyyə və Tişrin İES-lərinə yönəldiləcək.

Qeyd edək ki, maksimum sutkalıq qaz nəqletmə gücü 3,4 milyon kubmetr olan boru kəməri hazırda gündə 1,4 milyon kubmetr qaz ötürür və bu, 250 meqavat elektrik enerjisi istehsal etməyə imkan verir.


Sizin reklam burada
Sizin reklam burada