Şavkat Mirziyoyev Vaşinqton sazişi ilə bağlı Azərbaycan xalqını təbrik edib

Şavkat Mirziyoyev Vaşinqton sazişi ilə bağlı Azərbaycan xalqını təbrik edib
09 Avq 2025 21:00

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Vaşinqtona səfəri zamanı əldə olunmuş nailiyyətlər münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb.

News365.az xəbər verir ki, Özbəkistan Prezidenti bunun bütün regionun inkişafına müsbət təsir göstərəcəyini qeyd edib.

Qeyd edək ki, avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.


Sizin reklam burada
Sizin reklam burada