Balakəndə xəstəxananın həyətində yanğın olub

Balakəndə xəstəxananın həyətində yanğın olub
09 Avq 2025 23:15

Balakən Rayon Mərkəzi Xəstəxanasının (RMX) hazırda fəaliyyət göstərməyən inzibati binasının həyətində yanğın olub.

News365.az xəbər verir ki, Balakəndə yerləşən Balakən Rayon Mərkəzi Xəstəxanasının (RMX) hazırda fəaliyyət göstərməyən inzibati binasının həyətində yanğın olub.

Yanğının genişlənərək inzibati binalara keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində keçmiş xəstəxananın həyətyanı sahəsində 3 hektar ərazidə kol-kos və quru ot yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsinə Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada