Rusiyada tragikomik hadisə baş verib. Çeboksarıda bir qız gəlinin ənənəyə uyğun olaraq atdığı gül buketini tutmaq istəyərkən gözündən ağır xəsarət alıb. Bu barədə Life SHOT-a istinadən məlumat yayıb.
"Bu yaxınlarda 25 yaşlı Viktoriya adlı qız dostunun toyuna gedibmiş. Evli olmayan qadınlar üçün ənənəvi mərasim təşkil olunana qədər şənlik rahat keçib. Sonda qız buketi tutmaq qərarına gəlib və gülün atılmasını gözləyərkən irəli addımlayıb.
Lakin gəlin tavan alçaq olduğundan buketi yuxarı ata bilməyib və o, gülü var gücü ilə düz camaatın içinə fırladıb. Çiçəklər Viktoriyanın üzərinə düşüb və gövdələrdən biri onun düz sağ gözünə girib. Toy şənliyində iştirkaçılar təcili yardım çağırmalı olublar və həkimlər qızı xəstəxanaya çatdırıblar. Ona konyunktiva zədəsi və buynuz qişasının aşınması diaqnozu qoyulub", - nəşr yazıb.
Tural