Çeçenistan rəhbəri Ramzan Kadırovun 17 yaşlı oğlu Adam növbəti dəfə sosial şəbəkələrin Rusiya seqmentində müzakirələrə səbəb olub. Məlum olub ki, Adam toy zamanı 320 brilyant qaşla bəzədilmiş “Jacob & Co. Billionaire ASHOKA" saatı taxıb. Görüntülər narazılıq yaradıb. Bu barədə “VÇK-OGPU” (Rusiya Federasiyasında xarici agent kimi tanınır) Telegram kanalı məlumat yayıb.
Bu saatların dəyərinin 27,7 milyon olduğu bildirilir. Müzakirələrdə insanlar daha çox "Kadırovun gənc oğlu bu bahalı saatı hansı pulla alıb?" sualını ünvanlayırlar.
Məsələ Rusiya mediasında da gündəmə çevrilib.
Xatırladaq ki, iyunun 28-də Çeçenistan Respublikasının rəhbəri bildirmişdi ki, Rusiya prezidenti Vladimir Putin 17 yaşlı Adam Kadırovu ailə həyatı qurması- toy münasibətilə şəxsən təbrik edib. Kadırov dövlət başçısına təşəkkür edib və Putinin təbrikinin “gözəl diqqət əlaməti” olduğunu bildirib. Kreml bununla bağlı rəsmi açıqlama verməyib.
Bir müddət əvvəl isə Adam Kadırovun bacısı Ayşət qardaşının toyu haqda məlumat yaymışdı. Qızın dediyinə görə, məclis onun ata-baba kəndi Axmat-Yurtda keçiriləcək. Ancaq toy televiziyada göstərilməyəcək.
Tural