Rusiyanın Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihəsinin (FPBK) rəhbəri Vitali Borodin Telegram-da Azərbaycan əleyhinə paylaşım edib. O, 2025-ci ilin oktyabrında Bakıda konsert verməyi planlaşdıran rusiyalı məşhur aktyor Sergey Bezrukovu qınayıb.
"Sergey, hansı Bakıdan danışırsan? Dünən Azərbaycanda Rusiya ilə bağlı bütün mədəni tədbirlər ləğv edildi, siz isə Bakıya gedirsiz? Yaxşı olardı ki, Krıma və ya Kurska gedin, Xüsusi Hərbi Əməliyyat(SVO, Rusiya Ukraynadakı işğalçı müharinə belə adlandırır-red.) ilə bağlı vətəndaşlarımızı dəstəkləyəsiniz. Sizə orada daha çox ehtiyac. Amma Bakıda yox", - Borodin yazıb.
Borodin postuna Bezrukovun "Xuliqan. İspoved" adlı tamaşasını elan etdiyi videonu da əlavə edib. Şair Sergey Yeseninin anadan olmasının 130 illiyinə həsr olunmuş mədəniyyət tədbirinin 2025-ci il oktyabrın 27-də Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılır.
Rusiyalı məşhur aktyor Bezrukov iyunun 19-da da Bakıya gəlmişdi. O, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında görüş keçirib.
Xatırladaq ki, Azərbaycanın Mədəniyyət Nazirliyi ölkədə Rusiyanın dövlət və özəl qurumları tərəfindən planlaşdırılan bütün mədəni tədbirlərin ləğv edildiyini açıqlayıb. Buna səbəbYekaterinburqda etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı məqsədyönlü, zorakı hərəkətlər olub. İyunun 27-də Rusiya təhlükəsizlik qüvvələri sözügedən ərazidə zorakı reydlər keçiriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları 50-dən çox azərbaycanlını saxlayıb, bir neçə nəfər isə işgəncələrə görə həlak olub.
Tural