İranın uranı zənginləşdirmək hüququ var və bu fəaliyyəti dayandırmağı planlaşdırmır.
News365.az xəbər verir ki, bunu Amerikanın CBS telekanalına müsahibəsində İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib.
Diplomatın bildirib ki, Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) əsasən, uranın zənginləşdirilməsi fəaliyyəti İranın ayrılmaz hüququdur.
"Və biz bu hüququmuzdan istifadə etmək istəyirik", - İrəvani qeyd edib.