Yevlaxda qəza: 66 yaşlı qadın həlak oldu

Yevlaxda qəza: 66 yaşlı qadın həlak oldu
09:58

Yevlaxda minik avtomobilinin motobloka çırpılması nəticəsində xəsarət alan şəxs xəstəxanada ölüb.

1951-ci il təvəllüdlü Arzuman Səfərov dünən səhər saatlarında “Mercedes Benz 250” markalı minik avtomobili ilə hərəkətdə olarkən, qarşısında eyni istiqamətdə hərəkət edən 1955-ci il təvəllüdlü Hacıbala Kazımovun idarə etdiyi “Ural” markalı motoblokun arxa hissəsinə çırpılıb.

Zərbənin gücündən motoblokda olan sərnişin 1959-cu il təvəllüdlü Fəxriyyə Kazımova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir şəhər Mərkəzi xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkünn olmayıb.

Faktla bağlı cinayət işi başlanıb. (Apa.az)


Sizin reklam burada
Sizin reklam burada