Bir tikə çörəyin əzabı

Bir tikə  çörəyin əzabı
09:26
Sosial mediada bəzi fikirlərə rast gəlirəm. Bunlardan biridə "Rusiya bizə çörək verir, onlara söz deməyin"
Bu cürə düşünən adamlara demək istəyirəm
"İnək də süd verir, Hindistan kimi inəyə sitayiş edək?"
Əzizlərim heç kim bizə çörək vermir. Biz öz əziyyətimiz və zəhmətimiz hesabına o çörəyi qazanırıq. Azərbaycanda da belə söz deyirlər "Bu hökumətə qarşı olmayın, onlar bizə çörək verir"
Heç kim heç kəsə çörək havayı vermir. Əslində biz xalq olaraq bütün hökumətlərə çörək veririk. Biz işləməsək, əziyyət çəkməsək, zəhmət qoymasaq o çörəyi heç kim yeyə bilməz
Rusiyada yaşayan azərbaycanlılar da, Azərbaycanda yaşayanlar da öz zəhməti hesabına, əziyyətlərinin hesabına qazanır və öz çörəyini yeyir. Guya bizimkilər Rusiyadan getsələr orda yaşayış yaxşı olacaq ? Heç kim sübh beşdən durub axşam saat 11-ə qədər işləməyəcək. O bizik, gecə və gündüz bilmədən xidmət göstəririk, iş görürük, əzİyyət çəkirik. Heç bir millət adi bazarda belə səhər beşdən yeşik dolu ərzaqları qabarmış çiyinlərdə gətirib, onu satışa təqdim etsin. Yaxud zavodu, fabriki, təhsili, tibbi və istənilən işində heç bir millət bizim qədər can qoymur.
Biz getsək hər yerdən o dövlətlərdə çoxu ac qalacaq.
And verirəm sizə qarnınızın, nəfsinizin qulu olmayın. Nəfsinizi özünüzə qul edin.
Bir tikə çörək üçün boynunuzu əyməyin. Dünyanın inkişaf etmiş ölkələri artıq bu proseslərdən yüz ildir keçiblər və hər kəs normal ölkədə öz vəzifəsini bilir, əziyyət və zəhmətinin bəhrəsini görür. O bizdədir Rusiya buranı işğal edəndən "çörək verir, çörək verəndir, çörəyiniz əlinizdə çıxar söz desəniz" deyə xalqı gedonist düşüncə təsiri altında yaşadırlar..
"Bir tikə çörək" zəncirini salıblar boyunlarına. Etməyin belə. Bərabər imkanlar ideyası lazımdır bizə. İnkişaf modeli budur.
Zaur Əliyev, tarixçi alim

Sizin reklam burada
Sizin reklam burada